"İquain İtaliyadan qaçmayıb, anamız xərçəng xəstəsidir"

"İquain İtaliyadan qaçmayıb, anamız xərçəng xəstəsidir"
DÜNYA FUTBOLU 22 Mart 2020 / 19:50 3087
-  A +

“Yuventus”un karantin qaydasını pozaraq Argentinaya getdiyi deyilən futbolçusu Qonsalo İquainin səfərinin əsl səbəbi məlum olub.

Qol.az xəbər verir ki, argentinalı hücumçu vətəninə ailə məsələsinə görə qayıdıb. Futbolçunun  qardaşı Nikoa İquain şəxsi Feysbuk səhifəsində yazıb ki, anası xərçəng xəstəliyindən əziyyət çəkir və Qonsalo məhz bu səbəbdən Argentinaya gedib. Nikola qardaşı haqda mətbuatda yayılan xəbərlərə sərt reaksiya verib:

“Anamız bir çox insan kimi xərçəng xəstəliyi ilə mübarizə aparır. Bəllidir ki, anamızın səhhəti kimsəni maraqlandırmır. İnsanların bu vəziyyətdə tək istəyi İquainin adını hallandırmaqdır. Qardaşım koronavirus testinin mənfi çıxdığını göstərən kağız və klubun icazəsi ilə Argentinaya səfər edib.

İquain qaçmayıb, bildiniz? Bu çətin durumda anamızla birlikdə olmaq üçün buraya gəlib. Xahiş edirəm, bu həssas ailə məsələsinə düzgün yanaşın”.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə