Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv etdi

Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv etdi
DÜNYA FUTBOLU 20 Mart 2020 / 10:40 3433
-  A +

İsveçrənin "Sion" klubu bütün futbolçuların müqaviləsini ləğv edib.

Qol.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Kristian Konstantin koronovirus pandemiyasına görə ölkədə bütün liqaların təxirə salınmasından sonra oyunçulara maaşlarının azaldılmasını təklif edib.

Lakin futbolçular buna razı olmayıb. Klub rəhbəri isə bütün futbolçuların sözləşməsini müvəqqəti olaraq pozduqlarını açıqlayıb.

Qeyd edək ki, epidemiya dövründə futbolçularının maaşını 50 faiz azaldan ilk klub Şotlandiya təmsilçisi "Harts" olub.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə