İquain karantindən qaçmaq istədi

İquain karantindən qaçmaq istədi
DÜNYA FUTBOLU 19 Mart 2020 / 20:55 3451
-  A +

“Yuventus”un futbolçusu Qonsalo İquain karantindən qaçaraq Argentinaya getməyə çalışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib. Ancaq 32 yaşlı forvardı hava limanında polis  saxlayıb və onun səfəri baş tutmayıb.

Xatırladaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. “Yuventus”un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.



Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu