Çempionat dayandırıldı, qalib elan olundu

Çempionat dayandırıldı, qalib elan olundu
DÜNYA FUTBOLU 18 Mart 2020 / 14:42 6169
-  A +

Yeni Zelandiya Futbol Federasiyası koronavirus epidemiyasına görə yüksək liqanı dayandırıb.

Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Çempionşipin qalibinin adı da açıqlanıb. Sona 8 tur qalmış lider olan və ən yaxın izləyicisi “Tim Vellinqton”u 3 xal qabaqlayan “Oklend Siti”  çempion elan olunub. 16 turdan sonra “Oklend Siti”nin 37, “Tim Vellinqton” isə 34 xalı var idi.

Qeyd edək ki, bu qərar çempionatdakı klubların nümayəndələri, hökumət rəsmiləri və tibbi heyətlə aparılan müzakirələrdən sonra verilib.

Son xəbərlər