Çində futbol bərpa olunur

Çində futbol bərpa olunur
DÜNYA FUTBOLU 18 Mart 2020 / 13:48 3531
-  A +

Çin Futbol Assosiasiyası aprelin 18-də ölkə çempionatlarını bərpa etməyi planlaşdırır.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, komandalar qarşıdakı günlərdə məşqlərə başlaya bilərlər.

Ancaq oyunçular 14 gün də karantində qalmalı olacaqlar. Bəzi digər idman növlərinin də apreldən bərpası gözlənilir. Son qərarın yaxın günlərdə veriləcəyi bildirilir.

Qeyd edək ki, Çində dünyanın əksər ölkələrdən fərqli olaraq son vaxtlar koronavirus epidemiyasının azalması müşahidə olunur. Maraqlıdır ki, epidemiya ötən ilin sonlarında məhz Çində aşkar edilmişdi. 

Son xəbərlər