UEFA avrokuboklarla bağlı qərar verdi

UEFA avrokuboklarla bağlı qərar verdi
DÜNYA FUTBOLU 17 Mart 2020 / 17:50 6004
-  A +

UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, qitə futbol qurumu avrokubokları iyunun sonuna qədər bitirmək niyyətindədir.  

UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında qərara alınıb ki, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçirilsin.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.

Son xəbərlər