“Qarabağ”ın kapitanı Rəşad Sadıqov millinin baş məşqçisi vəzifəsinə namizədliyi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.
Qol.az xəbər verir ki, R.Sadıqov azerisport.com-a müsahibəsində deyib ki, futbol ictimaiyyəti və mətbuatın inamı onu sevindirir: “Hamı bilir ki, mən öz işimə necə ciddi yanaşıram. Oyunçu karyerama davam etdirməklə yanaşı məşqçiliyi öyrənmiş, müxtəlif vaxtlarda bəzi komandaları çalışdırmışam. Demək olar ki, məşqçi fəaliyyəti mənim üçün başlayıb. Əgər bu müddətdə özüm barədə müsbət fikir yarada bilmişəmsə, buna ancaq sevinirəm. Müasir futbolda futbolçularla ünsiyyət və əlaqə cox vacibdir. Məni daha çox o fakt sevindirir ki, məhz futbolçular haqqımda yaxşı fikirdədirlər. Bu, məni bundan sonrakı fəaliyyətimə daha da motivasiya edir”.
R.Sadıqov bildirib ki, o, heç vaxt çətinliklərdən qaçmayıb: “Harda oynamaşımsa, bütün çətinliklərə hazır olmuşam. Hətta gənclərdən ibarət millini qəbul edəndə bilirdim ki, komandanın vəziyyəti sadə deyil. Mənə qədər son üç oyundan ikisində komanda böyük hesabla uduzmuşdu. Psixoloji vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, mənim rəhbərliyim altındakı 5 matçda komanda “döyüşdü”. Bəxtsizlik olmasaydı, biz 7-8 xal toplaya bilərdik. O ki qaldı milli komandaya, siyahıda ancaq əcnəbilərdir. Ona görə də də mənim tərəfimdən bu məsələni şərh etmək doğru olmazdı”.
“Karyeranızı bitirdikdən sonra yeni mövsüm üçün planınız nədir” sualına Sadıqov belə cavab verib: “Hələlik qərar verməmişəm. Mənim məşqçi həyatım təkliflərdən asılı olacaq (gülür)”.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?