UEFA avrokubokların formatını dəyişə bilər

UEFA avrokubokların formatını dəyişə bilər
DÜNYA FUTBOLU 13 Mart 2020 / 13:20 2698
-  A +

UEFA koronavirus epidemiyasına görə avrokubokların pley-off oyunlarını yeni formatda davam etdirməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. 1/4 final mərhələsi bir görüşdən ibarət ola bilər. Bu matçın neytral meydanda keçirilməsi və ya ev sahibini püşklə müəyyənləşdirməklə mümkündür.

Sonrakı mərhələdə isə yarımfinal və final qarşılaşmaları yox, UEFA mini-turniri keçirilə bilər.

Xatırladaq ki, artıq Çempionlar Liqasında 1/8 finalının 4 cavab oyunu keçirilib və PSJ, "Leyptsiq", "Atletiko", "Atalanta" 1/4 finala yüksəlib.

"Mançester Siti" - "Real” və "Yuventus" - "Lion" oyunları isə təxirə salınıb. "Bavariya" - "Çelsi"  və "Barselona" - "Napoli" qarşılaşmaları martın 18-də keçirilməlidir.

Qeyd edək ki, UEFA-nın son qərarı martın 17-də təşkil ediləcək konfransda qəbul ediləcək. Qurumun Çempionlar Liqası və Avropa Liqasının dayandırılacağı haqda qərar verəcəyi də istisna edilmir. Yeni format turnirlər bərpa olunduqdan sonra nəzərdə tutulub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner