UEFA Avroliqanın iki qarşılaşmasını təxirə saldı - Rəsmi

UEFA Avroliqanın iki  qarşılaşmasını təxirə saldı - Rəsmi
DÜNYA FUTBOLU 11 Mart 2020 / 19:59 4374
-  A +

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iki oyununu təxirə salıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, bunlar "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçlarıdır.  İtaliya və İspaniya arasında koronavirus səbəbindən səyahət məhdudiyyətinə görə bu qərarın qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, hər iki görüşün yeni vaxtı yaxın zamanlarda müəyyənləşəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner