İspaniyanın “Xetafe” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk matçı üçün İtaliyaya getməmək qərarına gəlib.
Qol.az xəbər verir ki, bunu klub prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında deyib. O, İtaliyada koronavirus epidemiyasının geniş yayıldığı üçün komandanı riskə atmaq istəmədiyini bildirib. Klub rəhbəri texniki məğlubiyyətə də razıdır:
“Vəziyyət kəskin dəyişməsə, “Xetafe” İtaliyaya getməyəcək. Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Koronavirusun episentrinə getmək istəmirik. Federasiyaya müraciət etmişik ki, bizi cəzadan yayındırsınlar.
Texniki məğlubiyyət versələr də, qoy, versinlər. Mən riskə getməyə hazırlaşmıram. İstəmədiyim yerə getməyəcəyəm. “İnter”in nümayəndələri də oraya getməyimizin yolverilməz olduğunu başa düşdülər”.
Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulan “İnter” – “Xetafe” matçının azarkeşsiz oynanılmasına qərar verilib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət