UEFA koronavirus epidemiyasının “Avro-2020”yə mümkün təsiri ilə əlaqədar təcili toplantı keçirib.
Qol.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ümumdünya Səhiyyə Təşkilatından aldığı tövsiyədən sonra belə bir toplantı təşkil edib. UEFA həmin tövsiyələri nəzərə alaraq hesab edir ki, təşkilatçı şəhərlər COVID-19 virusuna yoluxmuş xəstələrə, yaxud belə bir təhlükə ilə üzləşəcək minlərlə azarkeşə kömək etmək üçün lazımi tibbi imkanlara sahib olduqları təqdirdə, “Avro-2020” matçlarına ev sahibliyi edə bilərlər.
UEFA bir daha bildirib ki, hazırda turniri ləğv etmək niyyətində deyil və oyunları azarkeşlərin tribunadakı iştirakı lə keçirmək istəyir. Məsələ ilə əlaqədar UEFA “Avro-2020”ni qəbul edəcək ölkələrin hökuməti ilə əlaqə saxlayaraq onları turnirin keçirilməsi üçün bütün lazimi tədbirlər görməyi xahiş edib.
UEFA həmçinin yarışın 2021-ci illə təxirə salınması üçün bəzi federasiyaların onlara müraciət etməsi ilə bağlı xəbərləri təkzib edib: “UEFA turnirin təxirə salınması və ya ləğvi ilə bağlı hər hansı müraciət almayıb. Biz koronavirusla bağlı yaranmış vəziyyətin ciddiyətini qəbul edirik. Hazırda virusun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hökumətlərlə sıx əladəyik”.
Xatırladaq ki, Avropa çempionatının oyunları Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçiriləcək. Azərbaycan paytaxtının A qrupunun 3 oyununu, həmçinin 1/4 finalın 1 görüşünü təşkil etməsi nəzərdə tutulub. Azərbaycanla yanaşı Rusiya, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Niderland, Rumıniya və Şotlandiya da oyunlara ev sahibliyi edəcəklər.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?