Teymur İddiaçılar Turnirindən imtinası haqda - "Şəxsi səbəblə əlaqəli deyil

Teymur İddiaçılar Turnirindən imtinası haqda - "Şəxsi səbəblə əlaqəli deyil
DÜNYA FUTBOLU 6 Mart 2020 / 14:25 1472
-  A +

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etməsi dair xəbərlərə aydınlıq gətirib.

Qol.az xəbər verir ki, 33 yaşlı qrossmeyster "İnstagram" səhifəsindəki paylaşımında bildirib ki, əslində turnirdən imtina etməsi FİDE-nin açıqladığı kimi şəxsi səbəblərlə əlaqəli deyil.

"Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm".

Xatırladaq ki, Teymur Rəcəbov bu ay Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı.

Son xəbərlər