Hakimi itələyən futbolçuya 6 aylıq cəza - Video

Hakimi itələyən futbolçuya 6 aylıq cəza - Video
DÜNYA FUTBOLU 6 Mart 2020 / 11:44 2638
-  A +

“Monako”nun futbolçusu Jelson Martins cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Portuqaliyalı hücumçu Fransa Liqa 1-in 22-ci turunun “Nim”lə matçında (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. 25 yaşlı futbolçu daha sonra referiyə zərt şəkildə etiraz edib və onu itələyib.

Fransa Futbol Federasiyasının İntizam Komitəsi Martinsi 6 aylıq futboldan uzaqlaşdırıb.



Son xəbərlər