Çempionlar Liqasının oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının oyunu azarkeşsiz keçiriləcək
DÜNYA FUTBOLU 5 Mart 2020 / 21:04 3540
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriəcək "Valensiya" – “Atalanta" matçı azarkeşsiz olacaq.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərar verilib.

Qeyd edək ki, İtaliyada keçirilən ilk matçda "Atalanta" 4:1 hesabı ilə qalib gəlib. Cavab görüşü martın 10-da "Mestalya" stadionunda olacaq.

Son xəbərlər