Bu günlərdə AFFA-nın köhnə-yeni tərkibdə rəhbərliyi - icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov ölkəmizin futbol veteranları ilə bir araya gəldi. Görüşlə bağlı iki məqam xüsusi diqqət çəkir.
Bir: müzakirələr məhdud deyil, 200-dək futbol adamının iştirakı ilə geniş tərkibdə keçirildi. Bu, müstəqil Azərbaycanın futbol tarixində ilk belə kütləvi toplantı idi və son aylar futbol veteranlarının bir hissəsinin AFFA-ya açıq narazılığının artması fonunda lazımlı və yerində verilmiş bir qərar idi.
İki: toplantıya son aylar federasiyaya qarşı sərt mövqedən çıxış edən şəxs(lər) də dəvət edildi və onlardan ən azı Nazim Süleymanova çıxış üçün imkan yaradıldı.
Amma əlbəttə, müsbət olmayan detal da var.
Media bu tədbirə dəvət edilmədi. Bu səbəbdən müzakirələr necə və hansı səviyyədə keçdi, bundan böyük azarkeş ordusu da xəbər tuta bilmədi. Ümumiyyətlə, jurnalistlərin belə kütləvi tədbirdən kənarda qalmasında məntiq yoxdur. Çünki bu, 3-4 nəfərin iştirakı ilə keçirilən məxfi görüş deyildi. AFFA rəhbərliyinin futbol ictimaiyyətinə doğru bu xoşməramlı addımının geniş təbliğ və şərhinə ehtiyac vardı. Amma görünür, Elxan Məmmədovun ictimai rəydə imicinə zərər vuran federasiyanın son 2 ildəki qüsurlu media siyasəti onu diqtə etdi ki, jurnalistlər bu görüşdən də kənarda qaldılar.
Bununla belə, medianın həmin tədbirdən kənarda qalması bu görüşün əhəmiyyətini azalda bilməz. Əvvəla, belə müzakirəyə uzun illər idi ehtiyac vardı və qurumun rəhbərliyi gec də olsa, bu istiqamətdə addım atdı. Elxan Məmmədovun futbol ictimaiyyətinə doğru bu açılımı, onların problemini üz-üzə görüşdə şəxsən dinləməsi və bu məsələdə yardım edəcəyini deməsi də istənilən halda çoxdan gözlənilən və alqışlanacaq addım kimi vurğulanmalıdır. Yəni bu görüş ətrafında isterika yaradılmamalı, qaraguruh fikirlər olmamalıdır. Unutmayaq ki, bu tipli təmaslar indiyədək geniş formatda heç vaxt olmayıb.
Çünki indiyədək federasiyadan, futbolun problemlərindən haqlı narazılıq edən şəxslərə AFFA-da müəyyən qruplar tərəfindən əsassız olaraq “düşmən” kimi qəbuledilməz damğalar vurulub. Bu, bir tərəfdən E.Məmmədovun özünün təsdiqini tapmayan şübhələri, daha çox isə onun ətrafının narazı futbol təbəqəsi barədə əvvəli və sonu görünməyən hüdudsuz fantaziyası sayəsində mümkün olub. Nəticədə futbol adamları AFFA-dan incik düşüb, münasibətlərdə gərginlik, uçurum yaranıb. Bu isə onsuz da ictimaiyyətdə federasiya haqda yaranmış neqativ fikri daha da artırıb.
Amma veteranlarla bu tipli görüşlər AFFA ilə futbol ictimaiyyəti arasındakı açıq və gizli gərginliyi, şübhəsiz ki, azalda bilər. Bunun üçün tək görüşlər də kifayət deyil. Öncə işsizliklə üzləşən futbol adamlarının problemlərinin həlli istiqamətində verilən vədlər söz olaraq qalmamalıdır. Məlum, onların hər birini işlə təmin etmək AFFA üçün çətin olar. Amma E.Məmmədovun bu məsələ ilə əlaqədar klub rəhbərləri ilə söhbətinə həqiqən zərurət var. Görüşdə də onun özünün belə bir niyyətdə olduğu bildirilib. Bu gün başda “Qarabağ” və “Neftçi” olmaqla iki köklü klubun neçə-neçə sabiq oyunçusu işsiz və borc içindədir. Yüksək büdcəsi olan bu klubların onlardan bəzilərini işlə təmin etməsi çətin olmaz və bu işdə E.Məmmədov amili mühüm təsiredici faktordur. Hərçənd görüşdə təkcə sosial problemlərlə bağlı məsələ deyil, futbolun problemləri ilə bağlı səslənən təklif və fikirlər də diqqətdən qaçmamalıdır. Ona görə ki, futbolumuzda problemlərin həlli yolu həm də - futbol ictimaiyyətinin və medianın fikrini qəbul edib (əgər müasir dövrlə ayaqlaşırsa) lazımi tədbirləri görməkdir.
Elxan Məmmədov veteranları bir araya gətirməklə bu istiqamətdə ilk addımı atdı. Hə, başda Nazim Süleymanov olmaqla bir qrup veteran narazı idi və şübhəsiz ki, görüşün baş tutmasında həmin amil az rol oynamadı. Amma bu tipli müzakirələr dayanmamalı, AFFA rəhbərliyi səviyyəsində ildə azı 2 dəfə də olsa keçirilməli, veteranların fikir və problemləri öyrənilməlidir.
Belə olarsa, bəlkə bundan sonra futbol adamları axır ki, AFFA-nı bir ictimai qurum yox, həqiqətən futbol adamlarımızı bir yerə toplayan ev, nicat yeri kimi görə bilələr.
Aydın BAĞIROV
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?