"Yuventus"un futbolçuları karantinə göndərildi - Koronavirusa görə

"Yuventus"un futbolçuları karantinə göndərildi -  Koronavirusa görə
DÜNYA FUTBOLU 2 Mart 2020 / 12:14 3586
-  A +

“Yuventus”un U-23 komandası koronavirusa görə karantinə göndərilib.

Qol.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Komandanın fevralın 23-də C Seriyasında qarşılaşdığı “Pyaneze”nin 3 futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxması aşkar olunduğu üçün Turin klubu bu qərarı verib.

Komandada məşqlər müvəqqəti olaraq dayandırılıb. Klubun yaydığı bəyanatda heç bir futbolçunun sözügedən virusa yoluxmadığı da bildirilib.

Qeyd edək ki, Avropada koronavirusun ən çox yayıldığı ölkə İtaliyadır.

Son xəbərlər