“Siti” Qvardiola ilə heç bir finalda uduzmayıb

“Siti” Qvardiola ilə heç bir finalda uduzmayıb
DÜNYA FUTBOLU 2 Mart 2020 / 11:56 2264
-  A +

İngiltərə Liqa kubokunun qalibi olan “Mançester Siti” növbəti dəfə Xosep Qvardiola ilə finalda uduzmayıb.

Qol.az xəbər verir ki, “Uembli”də “Aston Villa” üzərində qələbə (2:1) ispaniyalı çalışdırıcının “şəhərlilər”lə 6-cı finalı olub. Qvardiolanın komandası bu oyunların hamısında qalib gəlib.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır. Komanda bu müddətdə üç dəfə liqa kubokunu, bir dəfə ölkə kuboku və iki dəfə İngiltərə Superkubokunu qazanıb.

Son xəbərlər