"Liverpul" böyük hesabla uduzdu - Autsayderə

"Liverpul" böyük hesabla uduzdu -  Autsayderə
DÜNYA FUTBOLU 1 Mart 2020 / 00:15 7008
-  A +

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, turun sürpris nəticəsi Uotfordda qeydə alınıb. Şəhətin eyniadlı komandası lider “Liverpul”la qarşılaşıb. Mersisaydlılar gözlənilmədən səfərdə autsayderə 3 cavabsız qolla uduzub.

Mövsümdə ilk məğlubiyyətini alan Yurgen Kloppun komandası Premyer Liqada 44 oyun idi ki, uduzmurdu.

“Uotford” – “Liverpul” – 3:0
Qollar:
Pereyra, 37, Sarr, 54, 60

Bu nətcidən sonra xalını 27-ə çatdıran "Uotford" 19-cu pillədən 17-ci yerə yüksəlib. "Liverpul" isə 79 xalla ilk pillədədir.




Son xəbərlər