PSJ-nin futbolçusu Neymar bu ay Paris klubunun nizam-intizam qaydasını pozub.
Qol.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçun komandanın məşqinə çıxmaqdan imtina edib. Hadisə Fransa kubokunun 1/4 finalında fevralın 12-i keçirilən "Dijon"la matçın (6:1) növbəti günü baş verib. 28 yaşlı oyunçu komanda ilə məşqə çıxmaq istəməyib. O, baş məşqçisi Tomas Tuhelə istirahətə ehtiyacı olduğunu bildirib.
Neymarın bu hərəkəti T.Tuhelin "Dijon"la görüşdən sonra onun haqqında söylədiyi fikrə əsəbiləşdiyi üçün etdiyi iddia olunub. Mütəxəssisin Neymarın zədəsini tam sağaltmayacağı təqdirdə, Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə görüşdə oynatmayacağınını deməsi braziliyalı futbolçunun narazılığına səbəb olub.
Neymar Dortmund klubu ilə oyundan sonra 4 matç oynatmaması ilə bağlı verilən suala belə cavab vermişdi: "Son matçlarda oynamamaq mənim seçimim deyildi. Mən oynamaq istədim. Özümü yaxşı hiss edirdim. Amma klub məni oynatmaq qorxdu. Acısını da mən çəkdim".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar