“Biz bu cür oyunu gözləyirdik. Rəqib çox güclüdür. Meydanda hər iki komanda çox fiziki güc sərf etdi”.
Qol.az xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempinlar Liqasının 1/8 finalında “Liverpul”la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
O, Madriddə qeydə alınan 1:0 hesablı qələbəni belə şərh edib: “Matça yaxşı başladıq və nəticəni qorumaq üçün lazım olan oyunu oynadıq. Əks hücumlarda da qol vurmaq şansımız oldu.
Meydanda kollektiv mübarizə aparan komandamız var idi. Əgər hücumçularımız müdafiəyə kömək etməsəydi, bu nəticəni əldə edə bilməzdik. Hamı yaxşı işlədi. “Liverpul” da çox yaxşı oynadı. Onlar topla davranmada mütəxəssisdirlər. Geniş və sürətli heyətə sahibdirlər”.
Argentinalı mütəxəssis qələbədə azarkeş amilinin mühüm rol oynadığını qeyd edib: “Biz stadiona tərəf gələndə artıq qələbə qazanmağa başlamışdıq. Çünki atmosfer inanılmaz idi. Bu klubda işlədiyim 8 ildə belə ab-hava görməmişdim”.
Cavab matçı haqda isə Simenone bunları deyib: “Hər şey ola bilər. Rəqib evdə möhtəşəm matçlar keçirməyə alışıb”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar