De Rossi karyerasını niyə bitirib? - "Məndən uzaqda qalmışdı"

De Rossi karyerasını niyə bitirib? -  "Məndən uzaqda qalmışdı"
DÜNYA FUTBOLU 11 Fevral 2020 / 19:40 3233
-  A +

“Roma”nın canlı əfsanəsi Daniele De Rossi futbolçu karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Qol.az xəbər verir ki, italyan yarımmüdafiəçi yerli mətbuata müsahibəsində qızına görə bu qərarı verdiyini deyib:

“Karyeramı başa vurmağımın yeganə səbəbi qızım Qayyadır. O, Romada qalmışdı, məndən çox uzaqda idi. Cəmi 14 yaşı var, onun atası yanında olmalıdır. İndi onun yanındayam”.

18 il - 2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Daniele 616 oyuna 63 qol vurub. Ötən ilin iyul ayında Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə bağlayan futbolçu, zədə səbəbindən cəmi 6 oyuna çıxıb və 1 qol vurub. O, bu ilin yanvar ayında - 36 yaşında karyerasını bitirib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq