"Çelsi"də 80 milyonluq qapıçıya görə fikir ayrılığı

"Çelsi"də 80 milyonluq qapıçıya görə fikir ayrılığı
DÜNYA FUTBOLU 4 Fevral 2020 / 12:30 3928
-  A +

"Çelsi"də qapıçı Kepa Arrisabalaqa ilə bağlı fikir ayrılığı yaranıb.

Qol.az "Mirror"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Frank Lempard ispan qapıçının satılmasını istəsə də, klub rəhbərliyi buna narazıdır.

Belə ki,  ingilis mütəxəssis 25 yaşlı qolkiperin son oyunlardakı uğursuz çıxışı səbəbindən ona olan inamını itirib. Buna görə o, Kepanın satılmasını istəyir.

"Çelsi" rəhbərliyinin isə K.Arrisabalaqanı satmağı düşünmədiyi vurğulanıb. Bildirilib ki, klubun idman direktoru Marino Qranovski iki il əvvəl 80 milyon avroya alınan qapıçının satılmasını istəmir.

Qeyd edək ki, Lempardın bu mövsümün sonuna kimi  Arrisabalaqanı oynatmayacağı iddia olunur.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə