"Bizim şərəfimiz var. Emil demək olar ki, aylıq 20 min dollar maaşdan imtina etdi"
Millimizin qapıçısı Emil Balayevin atası Nazim Balayev Qol.az-ın suallarını cavablandırıb. O, oğlunun Qazaxıstanın “Tobol” klubundan ayrılmasından və digər məsələlərdən danışıb.
- Emil Balayevin “Tobol”dan ayrılması sırf komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlməsi ilə bağlı oldu?
- Emil ilk növbədə, dinini, millətini və dövlətini sevən bir şəxsdir. Ona görə də erməni millətindən olan birinin rəhbərliyi altında oynamaq, onun tapşırıqlarını yerinə yetirmək heç cür alınmazdı. Peşəkarlıqdan danışırlar. Məgər, erməninin qarşısında susmalısan ki, mən peşəkaram, şərəfim yoxdur? Peşəkarların da şərəfi, mənliyi, kişiliyi var. Məsut Özili gördünüz? Almaniya kimi millidən imtina etdi. Almaniya vətəndaşlığından çıxmaq istəyirdi. Çində uyğurlara edilən zülmə susmadı. Emil də bir türk balasıdır. Mümkün deyil idi ki, erməninin rəhbərliyi altında oynasın. Bizim Qarabağ, Xocalı kimi dərdimiz var. Ermənilər bizə qarşı heç bir müharibə qanunlarına uyğun olmayan vəhşiliklər ediblər. Yaşlı analarımızın gözlərini çıxarıblar, körpələrin qulağını kəsiblər. Bunları unutmaq olmaz. Mən döyüşlərdə olmuşam. Hər şeyi görmüşəm. Ermənilərin əsir götürdüyü qızlarımız bizim bacılarmız sayılır. Şəxsən mən hər gecə bunu düşünürəm.
- Emilin “Tobol”da şəraiti yaxşı idi?
- Əlbəttə, şəraiti də yaxşı idi, qazancı da. Biz böyük məbləğdə pullarda imtina etdik, ancaq şərəfimizi, dinimizi, dövlətimizi satmadıq. Hətta bu gün Emil klubsuz qalsa belə, oğlum düzgün qərar verib. Bəziləri yazır ki, qalsa, yaxı olardı, ermənidən qaçır. Ermənidən heç kim qaçmır. Erməni kimdir ki, ondan qaçaq. Bu dəqiqə də Emil ordadır.
“Tobol”un sponsoru olan Kostanay şəhərinin rəhbərliyi sağolsun, bizi başa düşdülər və Emilin müqaviləsinin ləğv olunmasına kömək etdilər. Onlardan çox razıyıq, mehribancasına ayrıldıq. Doğrudan da “Tobol” rəhbərliyi Emilə böyük hörmət bəsləyirdi.
- Deyilənə görə, “Tobol”un baş məşqçisi Qriqori Babayan Emildən komandada qalmasını istəyib.
- Dubayda olanda Babayan Emilə yaxınlaşıb deyib ki, sən mənim əsas qapıçımsan, istəyərdim ki, burada oynayasan. Emilə özündən danışıb. Deyib ki, babam 1937-ci ildə bura sürgün olunub. Mən Qazaxıstanda doğulmuşam, buranın mentaliteti ilə yaşayıram, Ermənistanla heç bir əlaqəm yoxdur. Emil də deyib ki, hələ heç nə deyə bilmərəm, baxarıq. Şükürlər olsun ki, Emil “Tobol”dan ayrıldı. Bu gün azad agentdir. Orda Emilə 1 milyon da versələr, qalası deyildi. Çünki bizim şərəfimiz var. Emil demək olar ki, aylıq 20 min dollar maaşdan imtina etdi. Təsəvvür edirsiz?
- Qeyd etdiniz ki, Emil hazırda Qazaxıstandadır. Onun Qazaxıstan klublarından birinə keçməsi mümkündür?
- Bəli ordadır. Bir az işləri var. Ola bilsin ki, Qazaxıstanda qaldı. Orda da təklifləri var. Rusiyaya və ya Avropaya da gedə bilər. Hələ ki, bilinmir. Azad agent statusunu aldığı üçün bir az rahatlaşmışıq. Baxaq görək necə olur. Əsas odur ki, “Tobol”dan ayrılıb.
- Emilin əsas fikri nədir, Avropada oynamaq, yoxsa Qazaxıstanda qalmaq?
- Hazırda maliyyə tərəfi bizi çox maraqlandırmır. Əsas odur ki, oynasın və artırsın. Daima oynayacağı komandaya getməlidir. Meneceri gündə bir təklif deyir. Təklifləri çoxdur. Ancaq hələ konkret bir şey yoxdur.
- Azərbaycana qayıtması necə, mümkündür? Adı "Neftçi" ilə hallanırdı.
- Nə mənim bundan xəbərim var, nə də Emilin. Düzdür, belə xəbərlər yazırlar, ancaq özündən də soruşmuşam, elə bir şey yoxdur. Nə "Neftçi", nə "Sabah", nə də "Qarabağ"a keçmək variantı var.
Ramiq AĞAMƏMMƏDOV
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?