"Milan"da 3-cü Maldini

"Milan"da 3-cü Maldini
DÜNYA FUTBOLU 3 Fevral 2020 / 11:55 4742
-  A +

“Milan”ın canlı əfsanəsi Paulo Maldininin oğlu Daniel Maldini “qırmızı-qaralar”ın heyətində debüt edib.

Qol.az xəbər verir ki, 18 yaşlı hücumçu A Seriyasının son turunda “Verona” ilə görüşün (1:1) 90+3-cü dəqiqəsində meydana çıxıb.

Daneil məşhur nəslin 3-cü nümayəndəsidir. Onun babası Çezare 1954, atası Paulo 1984-cü ildə “Milan”da debüt edib. Çezare “rassonyerlər”də 347, Paulo isə 647 oyun keçirib. Baba Maldini müxtəlif klublarda çıxış etsə də, Paulo yalnız "Milan"ın şərəfini qoruyub. O, 25 il 1984-2009-cu illərdə doğma komandasında oynayıb.



Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə