Premyer Liqa klubundan rekord transfer

Premyer Liqa klubundan rekord transfer
DÜNYA FUTBOLU 31 Yanvar 2020 / 12:58 4523
-  A +

İngiltərənin "Şeffild Yunayted" klubu tarixinin ən bahalı transferini edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçika "Genk"indən Norveç millisinin üzvü Sander Berqeni heyətinə cəlb edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

"Şeffild Yunayted" bu keçid üçün 20 milyon avro ödəyib. Bu, klub tarixində ən bahalı keçid olub.

Qeyd edək ki, Berqe 2017-ci ildə Norveçin "Volerenqa" klubundan "Genk"ə keçmişdi.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner