"Qəbələ"dən yeni transfer

"Qəbələ"dən yeni transfer
ÖLKƏ FUTBOLU 30 Yanvar 2020 / 17:14 6601
-  A +

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Bizi "Feysbuk"da da izləyin!

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner