DÇ-nin elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisi dünən qarşılaşmaların keçiriləcəyi Osiek şəhərindəki “Qradaki vrt” İdman Kompleksində ilk məşqinə çıxıb.
Qol.az xəbər verir ki, baş məşqçi Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda taktiki planda tapşırıqları yerinə yetirib. Məşqdən sonra millinin üzvü Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib.
- Komandada əhval-ruhiyyə necədi, yol yorğunluğu hiss olunur?
- Əhvalımız yaxşıdır. Bakıdakı məşqlərimizi yekunlaşdırdıq, hazırlığın son hissəsini Osiekdə reallaşdırırıq. Düzdü, oyunların keçiriləcəyi şəhərə bu gün (dünən) gəldiyimizdən yol yorğunluğu ola bilər. Ancaq bu da müvəqqətidir. Çünki hamımız qələbə qazanmaq, dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik.
- Oyunun keçiriləcəyi zalda məşq keçdiz. Örtük necə idi?
- İdman kompleksi yaxşı vəziyyətdədir. Örtüklə bağlı da hansısa şikayət etməyə əsas yoxdur, çünki parket əladır. Demək olar, bu idman qurğusu oyunlar üçün tam hazırdır.
- Amma Bakıda Özbəkistanla keçirilən oyunlar bir qədər narahatlığa səbəb oldu. Fərqli iki oyunun nümayiş etdirilməsi nə ilə bağlı idi? Alesio nə dedi?
- Baş məşqçi təbii ki, iradlarını bildirdi. Birinci oyundan əvvəl vəziyyət bir qədər qarışıq idi. Tyaqo və mən oyundan əvvəl Bakıya çatmışdıq. Həm də bu cür oyunlar test xarakteri daşıyırdı. Əlbəttə, hər nə qədər yoxlama oyunu olsa da, müsbət nəticəyə ehtiyac var. Çünki qələbə istər-istəməz hər kəsin əhvalını yüksəldir. Ancaq ikinci oyunda səhvlərimizi düzəltdik. Müdafiədə yaxşı oynadıq. Şanslarımızıdan tam istifadə edə bilməsək də, qələbə qazanmağı bacardıq. Həqiqətən də vacib oyunlar oldu.
- Elit-raundda ilk sınaq meydan sahiblərinə qarşı olacaq. Halbuki Xorvatiyaya qarşı elə bu zalda 5 il əvvəl mübarizə aparmısan və komandamıza lazım olan nəticə qazanılıb. Bu dəfə də istədiyimizi əldə edə biləcəksiz?
- Xorvatiya millisi çox güclü komandadır. Dünya reytinq cədvəlində də ilk “10-luq”dadılar. Bu, elə-belə göstərici deyil. Onlar da iddialıdılar. Çox çətin olacaq. Ümumiyyətlə, rəqiblərimizin heç biri zəif komanda deyil. Hər birinə qarşı ciddi mübarizə aparmalıyıq. Slovakiya ilə Bakıda qarşılaşmışdıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Rusiya isə reytinq cədvəlində ilk “3-lük”dədi. Dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Yəni, bir oyun yox, bütün rəqiblərimiz haqda düşünməliyik. Sadəcə, ilk görüşümüz xorvatlarla olduğuna görə, indi bütün diqqətimizi bu matça yönəltmişik.
- Şansları necə dəyərləndirirsən?
- Bu, futzaldır. Hər bir saniyə imkan verir ki, oyunun nəticəsini dəyişəsən. Hər oyunda qalib də gələ bilərsən, məğlubiyyətlə də barışmalı olarsan. Hətta görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda