Türkiyədə təlim-məşq toplanışını başa vuran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına müsahibə verib.
- “Sumqayıt”ın təlim-məşq toplanışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Yanvarın 3-dən etibarən Sumqayıtda mövsümün ikinci yarısı üçün hazırlıqlara start verdik. Məşqlərimiz yüksək tempdə getsə də, yükləmələri pillə-pillə artırmaqla ümumi plan üzrə çalışdıq. Ayın 12-də hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollandıq. Antalyada olduğumuz müddətdə futbolçularımı istəkli görmək məni çox sevindirdi. Ümumən, nizam-intizam sarıdan problem yaşamadıq. Keçirdiyimiz bütün yoxlama oyunlarına ciddi şəkildə yanaşdıq və hər oyuna ayrıca hazırlaşdıq. Antalyada olduğumuz müddətdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışdıq. Toplanışda yeganə üzücü məqam yarımmüdafiəçimiz Vüqar Mustafayevin zədələnməsi oldu. Ümid edirəm ki, tez bir zamanda zədəsini sağaldıb, komandaya qoşular.
- Toplanışın ikinci mərhələsində 4 yoxlama oyunu keçirdiniz ki, bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alındı...
- İlk iki qarşılaşmada hər hissəyə fərqli heyətlə başladıq. Hər kəsə eyni bərabərlikdə şans verməyə çalışdıq. Çünki, buna ehtiyacımız var idi. Bütün mövqelərdə futbolçularımız arasında yaxşı mənada rəqabət yaratmaq istəyirdik. Bu əsasən də, gənc futbolçulara görə hesablanmış addım idi ki, onlar hər zaman “döyüşə” hazır olsunlar. Bilirsiniz ki, çempionat boyu gənclərə çox üstünlük vermişik. “Kaposvar”la baş tutan ilk matçda məğlub olsaq da, futbolçulardan razı qaldım. Çünki, onlarda istədiyim hərəkətliliyi və verilən tapşırıqları səhvsiz yerinə yetirmə istəyini gördüm. Rumıniya təmsilçisi “Poltexnika İaşi” ilə oyunda isə bərabərlik qeydə alınmağına baxmayaraq, görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Hətta deyərdim ki, keçirdiyimiz oyunlar arasında mübarizə baxımından ən bəyəndiyim matç məhz Rumıniya təmsilçisinə qarşı oldu. Son iki oyunda isə qələbə qazandıq. Polşa “Arka”sını 1:0 yendiksə, bu gün “Şaxtyor”la oyun daha məhsuldar alındı. Çempionat öncəsi ardıcıl qələbə qazanmağımıza sevindik. Çünki, komandanı qalib ruhda çempionata hazırlamaq istəyirik. Ümumilikdə keçirdiyimiz oyunlardan razı qaldım. Amma, bununla belə hələ də səhvlərimiz var ki, bu da qaçınılmaz haldır. Sumqayıta qayıtdıqdan sonra da səhvlərimizin üzərində çalışacağıq ki, çempionatda da tam gücümüzü ortaya qoyaq.
- Antalya toplanışına gələn gənc futbolçuların çıxışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Bilirsiniz ki, çempionatın ilk yarısında 5 limit futbolçu ilə oynamışıq. Türkiyə toplanışına əvəzedici komandamızda daim forma şansı qazanan futbolçulardan 3 nəfəri – qapıçı Ələkbər Ağayevi və meydan oyunçuları Cavid Quliyev və Nəbi Məmmədovu da özümüzlə gətirmişdik. Onu da bildirim ki, Ələkbər və Cavid öz akademiyamızın yetirmələridir. Bu gün gənclərin inkişafı üçün müəyyən zaman lazımdır. Gənclər də həmişə öz üzərlərində işləməlidirlər. İnanıram ki, akademiyamızın yetirmələri olan hazırda bizimlə birlikdə bu kollektivdə olan gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər.
- Artıq Antalya toplanışı başa çatdı. Bugünkü vəziyyətdə komanda çempionata neçə faiz hazırdır?
- Toplanışdan sonra ilk turlar həmişə istər-istəməz çox çətin keçir. Çünki, Premyer Liqada yer alan bütün komandalar təlim-məşq toplanışında olurlar. Düşünürəm ki, ilk 3 tur bizim üçün çox ağır olacaq. Amma bu görüşlərdə ümumi mübarizəyə gücümüzün çatacağını düşünürəm.
- “Şaxtyor”la son yoxlama oyunu keçirən “Sumqayıt” sabah vətənə dönəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...
- Dediyiniz kimi, bu gün artıq komandamız Antalya toplanışını başa vurdu. Səhər saatlarında inşallah Vətənimizə yola düşəcəyik. İki günlük istirahətin ardından “Kapital Bank Arena”da “Neftçi” ilə oyunun hazırlıqlarına start verəcəyik.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?