Rio Ferdinand sabiq kapitanı olduğu “Mançester Yunayted”in hazırkı durumuna münasibət bildirib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqanın 24-cü turunda “Bernli”yə 2:0 hesablı məğlubiyyətindən sonra komandasının oyununa görə utandığını deyib:
“Bu komandaya 700 milyon avrodan çox pul ödənilib. Nə üçün? Meydançada bu pulu görmürəm. Düzünü desəm, utanıram. Sadəcə komandanın çıxışına görə yox, gələcəkdə onları nə gözlədiyinə görə də utanıram. Bu oyunun nəticəsini bir kənara qoyun. Mən transferlərdən və komandanın qurulmasından bəhs edirəm. Bu komanda üçün son 7 ildə çox pul xərclənib. Bunu gizlədə bilməzsiniz”.
Qeyd edək ki, R.Ferdinand 2002-2014-cü illərdə İngiltərə təmsilçisinin formasını geyinib.
Əlavə edək ki, "MY" hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır