"Sabah"dan heç-heçə

"Sabah"dan heç-heçə
ÖLKƏ FUTBOLU 15 Yanvar 2020 / 20:18 3048
-  A +

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ikinci yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə qarşılaşıb. Belekdəki "Titanik Mardan" stadionunda keçirilən görüşdə qol olmayıb.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan "Sabah" “Akademika Klinçeni” ilə oyundan sonra daha iki sınaq matçı keçirməyi planlaşdırır.


15 yanvar

"Sabah" - “Akademika Klinçeni” (Rumıniya) - 0:0
Belek. "Titanik Mardan" stadionu


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner