İnyesta Valverdeni müdafiə etdi

İnyesta Valverdeni müdafiə etdi
DÜNYA FUTBOLU 13 Yanvar 2020 / 17:44 3912
-  A +

“Barselona” azarkeşlərinin hərəkətləri bir az aqressiv tərzdədir. Hazırkı məşqçinizə hörmət etməlisiniz. Artıq şeylərin edilməsi kluba zərər verə bilər”.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq üzvü Andres İnyesta Kataloniya təmsilçisinin İspaniya kubokunun yarımfinalında mübarizəni dayandırmasından sonra azarkeşlərin etirazlarına münasibət bildirərkən deyib.

35 yaşlı yarımmüdafiəçi azarkeşlərin Kataloniya təmsilçisi haqqında xoşagəlməz sözlər deməyin çətin olduğunu söyləyib: “Tənqidlərə gəlincə, mənim üçün bu komanda hələ də fərqlidir. Onlar haqqında pis sözlər söyləmək çətindir. Çünki nəyə qadir olduqlarını bilirəm. Son 2 matçda uğur qazanmadılar, amma bu, heç bir məna vermir. “Barselona” hər il bütün kuboklar uğrunda mübarizəni davam etdirir”.

Qeyd edək ki, “Barselona” superkubokun yarımfinalda “Atletiko”ya 2:3 heabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Bundan sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər artıb.

Son xəbərlər