“Zidan göydən gələn bir nemətdir” – Perez

“Zidan göydən gələn bir nemətdir” –   Perez
DÜNYA FUTBOLU 13 Yanvar 2020 / 13:06 3726
-  A +

“Real”ın prezidenti Florentino Perez İspaniya superkubokunun finalında “Atletiko” üzərində qələbə qazandıqları matçdan sonra  komandanın baş məşqçisi Zinəddin Zidan haqqında danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, fransalı mütəxəssisi tərifləyib: “Zidan bir çox böyük yarışların qalibi olub. Buna görə çox şadıq. Ümid edirəm ki, titul qazanmağa davam edəcək. Zidan “Real”ı sevir. Bir il fasilə vermək qərarına gəldi, sonra da enerji ilə geri qayıtdı. O, göydən gələn bir nemətdir”.

Qeyd edək ki, "Real" Zidanın rəhbərliyi altında müxtəlif turnirlərdə 9 finalın hamısında qalib gəlib.

Son xəbərlər