Çoxdandır gözlənilən AFFA-nın növbədənkənar Konfransı bu gün nəhayət baş tutub. Əvvəlcədən də bəlli olduğu kimi, konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə ediləcək dəyişiklik və əlavələr idi.
Qısaca qeyd edim ki, nəticə olaraq AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması qərara alınıb. İndi 11 yox, 13 üzv olacaq. Bundan əlavə, AFFA-da bundan sonra dörd vitse-prezident çalışacaq.
Daha əvvəl mövcud olan I vitse-prezident vəzifəsi ləğv edilib. Əvəzində icraçı vitse-prezident vəzifəsi təsis olunub.
Həmçinin, AFFA prezidenti və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcmi müəyyənləşdirilib.
Əsas maraqlı yeri də məhz buradır:
– Bundan sonra AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malikdir.
Yəni əgər İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, icraçı vitse-prezident onu əvəzləyə bilər.
Bəs bu dəyişiklik (xüsusilə də sonuncu qeyd olunan) bizə nə vəd edir?
Məlumdur ki, bu vaxta qədər AFFA-nın prezidenti Rövnəq Abdullayev olsa da, ölkənin ali futbol qurumunda bütün iplər Baş katibin, yəni Elxan Məmmədovun əlində idi. Bununla belə, Məmmədovun verdiyi qərarlara yekunda Abdullayev “ok” verməli idi.
Ancaq mövcud dəyişikliklərdən sonra sistem bir qədər dəyişəcək. Çünki icraçı vitse-prezident vəzifəsinin təsis olunması ilə birlikdə baş katiblik formal işə çevriləcək. Həm də artıq prezident olmadan da icraçı sərbəst qərar verəcək. Bu, o deməkdir ki, uzun müddət sonra AFFA-da da müəyyən dəyişikliklər olacaq.
Və bu dəyişikliklər demək olar ki, “məxməri inqilab” formasında baş verir.
Onsuz da SOCAR-dakı rəhbərliyi ilə yanaşı bir sıra digər sahələrdə vəzifəsi olan Rövnəq Abdullayevin AFFA və futbolla maraqlanmağa vaxtı yox idi. İcraçı vitse-prezident vəzifəsi təsis olunaraq artıq prezident postu formallığa çevrildi. Hətta onun İcraiyyə Komitəsinin iclaslarında iştirakına belə gərək qalmayacaq.
Yəni de yure prezident Rövnəq Abdullayev olsa da, de fakto qurumu icraçı vitse-prezident idarə edəcək.
Bu halda meydana bir sual çıxır: Bəs icraçı vitse-prezident kim olacaq?
Əsas düyün nöqtəsi isə burdadır.
Bugünkü konfransa qədər kulislərdə gedən söhbətlərdən belə anlamaq olardı ki, sözügedən vəzifəyə hazırkı Baş katib Elxan Məmmədov təyin olunacaq və o, de fakto ölkənin futbol təsərrüfatını idarə edəcək. Amma konfransdan sonra dərhal baş tutan İcraiyyə Komitəsinin iclasında bununla bağlı gözlənilən qərar çıxmadı. Görünür ya məsələdə yekdillik əldə olunmayıb, ya da başqa pərdəarxası hesablar var ki, onların həll olunması üçün müəyyən müddət lazımdır.
Həmin müddət isə çox da uzun olmayacaq, çünki AFFA-nın Hesabat Seçki-Konfransı yanvarın 28-də keçiriləcək. Məhz həmin tarixdə artıq bütün suallara aydınlıq gələcək.
Əgər kulislərdə danışıldığı kimi Elxan Məmmədov icraçı vitse-prezident təyin edilsə, bu, o deməkdir ki, “məxməri inqilab” tamamilə reallaşmış olacaq və AFFA-dakı klanlararası savaşda baş katib və onun dəstəkçiləri qalib gəlmiş olacaqlar.
Amma məsələnin bir tərəfi də var. Ümumiyyətlə, Hesabat Seçki-Konfransından başqa bir şəxs, məsələn qarşı klanın təmsilçisi, və ya hər hansı üçüncü bir tərəfdən kimsə də icraçı vitse-prezident təyin oluna bilər. Bu halda isə postu artıq formallığa çevrilmiş Baş katib Elxan Məmmədov idarəçilikdən kənarlaşdırılmış olacaq.
Konfransdan sonra mətbuat üçün brifinq verən Məmmədov onun icraçı təyin olunması ilə bağlı suala “hər deyilənə inanmayın” deyərək dilucu cavab versə də, hələlik hadisələrin inkişafı haqqında proqnoz vermək çətindir. Diqqətçəkən bir məsələ də Baş katibin növbəti dəfə danışılmış oyunlarla bağlı söhbət salması, ancaq bu dəfə də konkret ad çəkməməsi oldu. Məmmədov sadəcə bir az da hədələyici tərzdə mesaj göndərərək bu işin içində məşhur adların olmasını, üstəlik hətta futboldan kənar idman növləri ilə məşğul olan şəxslərin də bu çirkaba bulaşdığını qeyd etdi.
Görünür Baş katib kim(lər)əsə səslənərək ya dəstək istəyir, ya da yolundan çəkilmələrini gözləyir.
Mövzu diqqətimizdədir. Qarşıdakı günlərdə məqsədli olaraq mətbuata sızdırılan məlumatlar da daxil olmaqla, konfrans gününə qədər bir çox məsələlərdən agah ola biləcəyik.
Zaur XUDİYEV,
Azlogos.eu
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?