"Komandada inamsızlıq var, növbəti oyunda belə olmayacaq" - İbrahimoviç

"Komandada inamsızlıq var, növbəti oyunda belə olmayacaq" -  İbrahimoviç
DÜNYA FUTBOLU 7 Yanvar 2020 / 20:42 3812
-  A +

“Qol vurmaq üçün inam əskikliyi yaşayırıq. Cəmi dörd gündür burdayam və hər mənada komandaya kömək etmək üçün çalışacam".

Qol.az xəbər verir ki, bu sözləri “Milan”ın yeni transferi Zlatan İbrahimoviç “Football İtalia”ya açıqlamasında deyib.

38 yaşlı hücumçu “Milan”a ikinci qayıdışını şərh edərkən “Sampdoriya” ilə oyun (0:0) haqda da danışıb:  Komandada bir az inamsızlıq var. Növbəti oyunda belə olmayacaq. "Sampdoriya" ilə görüşdə çox adrenalin yaşadım. 9-10 ildir içimdə saxladığım bir hissi yaşayıram. Meydanda olmaq, qol vurmaq və bunu azarkeşlər qarşısında Allah kimi bayram etmək istədim. Azarkeşlərlə çox yaxşı münasibətim var. Bu, mənə motivasiya verir".

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq