“Mançester Siti” baş məşqçisi Xosep Qvardiolanın mövsümün sonu klubu tərk edəcəyi haqda xəbərlərə münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Siti”nin direktoru Ferran Soriano bildirib ki, Pep müqaviləsi başa çatana – 2021-ci ilin yayına qədər komandanı çalışdırmaqda davam edəcək:
“Pep özü də deyib ki, onun hələ 2 illik müqaviləsi var. Ona görə də nəyisə müzakirə etməyə ehtiyac yoxdur. O, həmin vaxta kimi klubdan getməyəcək. “Siti” çətin mərhələləri aşmaq üçün yetərincə güclüdür”.
Ferran Soriano deyib ki, klub əsas komandanın İngiltərə Premyer Liqasındakı nəticələrindən razı deyil: “Premyer Liqada yüksək rəqabət var. İstənilən komanda digərinə qalib gələ bilər. Məğlubiyyətlərimizin sayını çoxluğu ilə barışa bilmərik. Amma bu, futboldur”.
Xatırladaq ki, hazırda “Mançester Siti” 19 oyundan 38 xalla turnir cəvdəlində üçüncü yeri tutur (18 matç keçirən lider “Liverpul”dan 14 xal geri qalmaqla).
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı