"Barselona”dan zəng gəlsə, hər şeyi atacağam” - Pedro

"Barselona”dan zəng gəlsə, hər şeyi atacağam” -   Pedro
DÜNYA FUTBOLU 29 Dekabr 2019 / 01:25 4744
-  A +

“Çelsi”nin futbolçusu Pedro “Barselona”ya qayıtmaq variantından danışıb. 

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında Kataloniya kulubundan təklif gələcəyi halda "hə" cavabını verəcəyini deyib:

“Barselona”dan zəng etsələr, hər şeyi atacağam (gülür). “Barselona”ya qarşı oyunlarımızın birində baş məşqçi ilə (Ernesto Valverde – red.) danışdıq və komandaya qayıtmaq variantı yarandı. Amma sonra qapılar bağlandı. İndi hər şeyin necə olacağını bilmirəm. “Çelsi”ilə mövsümün sonuna qədər müqaviləm var”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro 2005-2015-ci illərdə bu komandada çıxış edib.

Son xəbərlər