“Real” Serxio Ramosu itirdi

“Real” Serxio Ramosu itirdi
DÜNYA FUTBOLU 23 Dekabr 2019 / 18:26 4959
-  A +

İspaniya La Liqasının 18-ci turunda "Atletik"lə qarşılaşan "Real" ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, kapitan Serxio Ramos cəzalı duruma düşüb.

Qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə alan müdafiəçi limiti doldurub. Buna görə 33 yaşlı futbolçu 19-cu turda "Xetafe" ilə matçı buraxacaq.

Qeyd edək ki, Serxio Ramos "Real"ın heyətində keçirdiyi 628 oyunda 207 sarı, 7 qırmızı vərəqə alıb.


Son xəbərlər