"Milan" darmadağın oldu

"Milan" darmadağın oldu
DÜNYA FUTBOLU 22 Dekabr 2019 / 17:40 5303
-  A +

İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, bu günə nəzərdə tutulan dörd oyundan biri başa çatıb. “Milan” səfərdə “Atalanta” ilə qarşılaşıb. “Rassonyerlər” rəqibinə 5 cavabsız qolla uduzub.

Bu nəticədən sonra “Atalanta” xalını 31-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. “Milan” isə 21 xalla 10-cu yerdədir.


"Atallanta" - "Milan" - 5:0
Qollar:
Qomez, 10, Pasalic, 61, İliçiç, 63, 72, Muriel, 84

Son xəbərlər