FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib.
Qol.az-ın məlumatına görə, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: “Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öncə gəlir. Ancaq bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq”.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub.
Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı