"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Yarımfinala vəsiqə qazandınız. İlk oyunla müqayisədə bu görüş daha çətin alındı?
- Səfərdəki oyuna da ciddi hazırlaşmışdıq. Bilirdik ki, rəqib güclü komandadır. Azərbaycan çempionatında "Qarabağ" və "Neftçi" köklü və iddialı klubdur. Səfərdə yaxşı nəticə qazanmaq istəyirdik. Şükürlər olsun ki, həmin oyunda 1:0 qalib gəldik. Səfər oyunu ilə müqayisədə ev oyununun daha ağır keçəcəyini bilirdik. Ona görə də daha yaxşı hazırlaşmışdıq. Məşqçimiz taktikanı izah etmişdi, lazım olan şeyləri bildirmişdi. Çalışdıq ki, onun dediklərini meydanda düzgün yerinə yetirək və lazım olan nəticəni əldə edək.
- İlk oyunda hər şeyi həll edə bilmək üçün şansınız var idi. Orada daha çox qol vura bilərdiniz...
- Düzdür, qapıya zərbələrimiz oldu. Amma heç-heçə də ola bilərdi, məğlub da ola bilərdik. Onların da heyətində Dabo və Turalın axırıncı dəqiqələrdə vurduğu zərbələri qapıçı Mehdi Cənnətov çıxardı. Deməzdim ki, özümüzü çətinə saldıq. Futboldur, hər şey ola bilər.
- Yarımfinalda hansı rəqiblə qarşılaşmaq sizə sərf edir? "Keşlə", yoxsa "Qarabağ"?
- Düzdür, hamımız "Qarabağ"ı tanıyırıq. Amma bizim üçün "Keşlə" də onlardan zəif rəqib deyil. Fərqi yoxdur, hansı yarımfinala keçsə, onunla mübarizə aparacağıq.
- "Neftçi"yə qarşı 90 dəqiqə müdafiə olundunuz. Fiziki olaraq tab gətirirdiniz, yoxsa bəzən bəxtiniz gətirirdi?
- Bilirdik ki, ilin axırıdır. Yorğunluq halları olacaq. Çalışdıq ki, bacaraq. 90 dəqiqə yox, lap 120 dəqiqə də olsa, tab gətirə bilərdik. Bu oyunun mahiyyətini hamı başa düşürdü.
- "Sumqayıt" ötən il də "Neftçi"ni kubokda məğlub etmişdi. Premyer liqada onlara qalib gələ bilmirsiniz, amma bu, kubokda alınır. Aradakı fərq nədir?
- Kubok oyunu 2 oyundan ibarətdir.
- Bəlkə "Neftçi" kuboka qeyri-ciddi yanaşır? Belə demək olar?
- Belə deməzdim. Sadəcə çempionat oyunlarında öz səhvlərimizdən "Neftçi"yə məğlub olduq.
- Ötən il kubokda finalda uduzdunuz. Bu il ən azından finalda oynaya bilərsiniz?
- Ötən mövsüm heyətdə mən yox idim. (Gülür) Bu mövsüm "Sumqayıt"ın heyətində final oynamaq istəyərəm.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?