"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Nə üçün bu gün yarımfinala vəsiqə qazana bilmədiniz?
- Məncə, birinci oyun daha yaxşı oynaya bilərdik. Ancaq evdə 1:0 uduzmağımız bu qarşılaşmada bizə problem yaratdı. Mütləq qol vurmaq lazım idi. Onlara əks-hücum etməyə imkan verməməyə çalışdıq. Bilirdik ki, rəqib yaxşı əks-hücum edir və irəlidə təhlükəli vəziyyət yaradacaqlar. Bizim də epizodlarımız var idi, amma yararlana bilmədik.
- Sizcə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov qol vurmağa mane oldu, yoxsa "Neftçi"nin futbolçuları dəqiq oynaya bilmədilər?
- Hər iki görüşdə Mehdi Cənnətov çox yaxşı oynadı. O, bizə qarşı həmişə yaxşı çıxış edir. Komandamız da həmçinin sonluğu yaxşı qoya bilmirdi. Son ötürmə, son zərbədə dəqiqlik olmurdu.
- "Neftçi" ardıcıl iki ildir ki, "Sumqayıt" səddinə ilişir. Çempionatda çox asanlıqla qalib gəlməyinizə baxmayaraq, nə üçün kubokda bu komandaya qalib gələ bilmirsiniz?
- "Sumqayıt" bizə qarşı bütün oyunlarda yaxşı çıxış edir. Premyer Liqadakı ən yaxşı komandalardan biridir. Çox yaxşı əks-hücum yaratmağı bacarırlar.
- Demək olar ki, rəqib "Neftçi"yə qarşı tam başqa motivasiya ilə oynayır?
- Fikrimcə, bütün komandalar bizdən xal almaq istəyir.
- "Neftçi"nin kubokda olmamasını uğursuzluq hesab etmək olar?
- Əlbəttə ki, bu, bizim üçün böyük uğursuzluqdur. Qələbə qazanmaq üçün oynayırdıq. Təəssüf ki, alınmadı.
- Hakim sizə sarı vərəqə göstərdi. Amma uduzan da siz idiniz, tələsən tərəf də. Sarı vərəqə nəyə görə verildi?
- Əvəzetmə zamanı yeni qaydalarda meydanı ən yaxın olan nöqtədən tərk etmək lazımdır. Ancaq mən kapitan olduğum üçün sarğını kiməsə verib, çıxmalıyam. Ya Mehdi Cənnətova verməli idim, ya da özüm də qalmalı idi, çıxanda başqa adama verməli idim (gülür). Mən hakimin bu hərəkətini başa düşmədim.
- Artıq ilk dövrə başa çatdı. Dövrəni "Neftçi" üçün necə dəyərləndirirsiniz? Çempionluq mübarizəsində "Neftçi" istəyinə çata biləcək?
- Kuboka görə ili yaxşı adlandırmaq olmaz. Çempionatda deyə bilmərik ki, işimiz bitib. Amma başlanğıcda çox pis başlamışdıq. Normal vəziyyətdə oynadıq. Lakin yenə də ilk pilləyə qalxmaq üçün 6 xal lazımdır.
- Ötən mövsüm "Qarabağ" "Neftçi"dən geri olsa da, onu qabaqlayaraq, çempion ola bildi. Bu mövsüm isə siz 6 xal geridəsiniz. Necə düşünürsünüz, "Neftçi" də bunu təkrarlaya biləcək?
- Ən böyük problem oyunlarda qələbə qazanmaqdır. "Qarabağ" keçən mövsüm göstərdi ki, bunu edə bilər. İndi də hər şey bizdən asılıdır. Biz də bir neçə oyunda qələbə qazanıb, bunu edə bilərik.
- Yurçeviç sizi milliyə dəvət etsə də, əsas heyətdə yer vermirdi. Məşqçinin gedişinə sevindiniz? Yeni gələcək mütəxəssisin sizə ədalətli davranacağını düşünürsünüz?
- Oyundan sonra ancaq bütün fikrim bu matçı niyə uduzmuşuq deyə analiz etməkdə olacaq. Ancaq bu barədə düşünəcəyəm. Belə oyundan sonra istirahət etmək də çətindir. Əhval-ruhiyyə də korlandı.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?