"Zidan əvvəl-axır Fransa millisini çalışdıracaq"

"Zidan əvvəl-axır Fransa millisini çalışdıracaq"
DÜNYA FUTBOLU 20 Dekabr 2019 / 12:30 2857
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam onu yığmada əvəzləyə biləcək məşqçinin adını çəkib.

Qol.az xəbər verir ki, o, “Real”ın çalışdırıcısı, vaxtilə Fransa yığmasında birgə çıxış etdiyi Zinədddin Zidanın bu vəzifəyə layiq olduğunu bildirib:

“Növbəti məşqçi Zidan ola bilər. Əvvəl-axır o, millini çalışdıracaq. Məşqçilikdə yaş məhdudiyyəti yoxdur. İşləmək göstərdiyin nəticələrindən asılıdır”.

Qeyd edək ki, Fransa Futbol Federasiyası ötən həftə Deşamla 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bizi Feysbukda da izləyin!

Son xəbərlər