"Yuventus"dan gedir

"Yuventus"dan gedir
DÜNYA FUTBOLU 18 Dekabr 2019 / 19:20 3741
-  A +

Emre Can "Yuventus"u qış transfer pəncərəsində böyük ehtimalla tərk edəcək.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, alman yarımmüdafiəçi komandadakı vəziyyətindən narazıdır. 25 yaşlı oyunçunun Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsində yer almaması onun  baş məşqçi Maurisio Sarri ilə münasibətlərini çətinləşdirib.

Qeyd edək ki, bu mövsüm cəmi 7 matçda oynayan E.Canla "Fiorentina", "Mançester Yunayted" və Dortmund "Borussiya"sının maraqlandığı iddia olunur.


Son xəbərlər