Minamino "Liverpul"da

Minamino "Liverpul"da
DÜNYA FUTBOLU 18 Dekabr 2019 / 14:00 4708
-  A +

“Liverpul” "Zalsburq"un futbolçusu Takumi Minaminonu heyətinə cəlb edir.

Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, yaponiyalı hücumçu bu gün “qırmızılar”da tibbi baxışdan keçəcək. Onun yanvar ayında “Liverpul”a qoşulacağı bildirilir.

Britaniya mətbuatı daha əvvəl “Liverpul”un bu transfer üçün qarşı tərəfə 9.5 milyon dollar ödəyəcəyini yazmışdı.

Qeyd edək ki, Minamino bu mövsüm Avstriya Bundesliqasında 14 oyuna 5 qol vurub, eyni sayda qol ötürməsi edib. O, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Liverpul”la oyunda da (3:4) qol vurmuşdu.

Bizi Feysbukda da izləyin!

Son xəbərlər