Klublararası dünya çempionatında ilk finalçı

Klublararası dünya çempionatında ilk finalçı
DÜNYA FUTBOLU 18 Dekabr 2019 / 02:20 5910
-  A +

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.
 
Qol.az xəbər verir ki, birinci yarımfinal matçında  “Əl Hilal” (Səudiyyə Ərəbistanı) “Flamenqo” (Braziliya) ilə  qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Braziliya klubu finala yüksəlib.
 
Digər yarımfinal görüşü bu gün “Liverpul” (İngiltərə) və “Monterrey” (Meksika) arasında olacaq.
 
Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici oyunu Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda keçiriləcək.

Son xəbərlər