Messi Zidanı müdafiə etdi - "İnsanlar keçmişdə əldə edilənləri tez unudur"

Messi Zidanı müdafiə etdi -  "İnsanlar keçmişdə əldə edilənləri tez unudur"
DÜNYA FUTBOLU 17 Dekabr 2019 / 18:30 8059
-  A +

"Barselona"nın kapitanı Lionel Messi "Real"ın baş məşqçisi Zinəddin Zidanın son vaxtlar çox tənqid  edilməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu "Marca"ya açıqlamasında fransalı mütəxəssisin əvvəlki  uğurlarının onu tənqid edənlər üçün bu gün əhəmiyyətli olmadığını deyib:

"Təəccüblüdür, amma uzun müddət böyük klublarda işləyənlər bunun normal olduğunu bilirlər. İnsanlar keçmişdə əldə edilənləri tez unudurlar və hər gün nəticə tələb edirlər.  Zidan "Real"a qayıdanda yəqin ki, Çempionlar Liqasında qazandığı 3 kubokun azarkeşlər üçün artıq əhəmiyyət kəsb etmədiyini başa düşdü. Məşqçilər və TOP komandalarda çıxış edən oyunçular daim diqqət mərkəzində olduğumuzu və bu təzyiqlə yaşadığımızı  bilirlər".

Bizi Feysbukda da izləyin!

Son xəbərlər