"Zirə"nin botsvanalı yarımmüdafiəçisi Mfo Kqasvane Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə 0:0 hesablı matçdan sonra Qol.az müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çempionat və kubok oyunları bir-birindən çox fərqlənir. Kubokun matçları 2 oyundan ibarət olur. Səfərdə və doğma meydanda. Düşünürəm ki, səfərdə oynadığımız üçün çətinlik çəkdik.
- Hər halda "Zirə" üçün 0:0 hesablı nəticəni yaxşı hesab edirsiniz. Amma evdə buraxacağınız 1 qol işləri çətinləşdirə bilər.
- Mənim fikrimcə, çox yaxşı nəticə hesab oluna bilməz. Amma evdə oynayacağımız matçda çalışacağıq ki, qapımızda qol görməyək. Həm də hücumlarımızın sayı çox olacaq.
- "Səbail" ilə ardıcıl görüşlər keçirdiniz. Artıq bu komandanı yaxşı tanıyırsınız. Zirədəki oyunla bağlı proqnozunuz necədir?
- Təbii ki, bu, futboldur, hər şey baş verə bilər. Bu barədə öncədən heç bir proqnoz verə bilmərəm.
- Rəqib qapısına bir neçə zərbə vurdunuz. Yaxşı keçidləriniz var. Nəyə görə bu zərbələrin sayını artırmırsınız? Ümumiyyətlə, Azərbaycan çempionatında da futbolçular uzaqdan zərbələrə üstünlük vermir. Baş məşqçi buna ehtiyac olmadığını deyir, yoxsa inamınız yoxdur?
- Bunu heç də tez-tez zərbələr vurmaqla əlaqələndirməzdim. Sadəcə olaraq bu gün oyunda bəzi epizodlarda zərbə vurmağa şərait yarandı. Önündə boşluq görürsənsə, bu zərbəni endirməlisən. Bugünkü matçda da bir neçə epizodda belə oldu. Ona görə də bu, sırf oyun epizodlarından asılı bir şeydir.
- Penalti epizodu da var idi. Yıxılıb, ayağınızı tutmuşdunuz. Necə düşünürsünüz, həmin an hakim penalti qərarı verməli idi? Heç penatli tələb etmədiniz.
- Mənim fikrimcə, penalti var idi. Orada anında etiraz edə bilməzdim. Çünki artıq hakim oyuna davam işarəsi vermişdi.
- Botsvana millisində də çıxış edirsiniz. Azərbaycanla məsafəsi çox uzaqdır. Milli komandaya görə oraya gedib-gələndə yol sizi yorur? Oyuna çıxmaq üçün gücünüz qalır?
- Çox yorucudur. Ümumi olaraq mənim səyahətim 14-15 saatlıqdır. Edə biləcəyim nə isə yoxdur. Bu, mənim həyatımdakı seçimdir.
- Botsvanada Azərbaycanı, "Zirə"ni tanıyırlar?
- Əlbəttə. Mənə görə yaxşı tanıyırlar. Azərbaycana gələn ilk botsvanalı futbolçuyam. Təbii ki, bu halda onlar izləyib, maraqlanacaqlar.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord