İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Norviç”i məğlub edən (2:1) “Şeffild Yunayted” 120 illik klub rekordunu yeniləyib.
Qol.az xəbər verir ki, Kris Uaylderin rəhbərlik etdiyi komanda son 8 səfər matçında məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.
“Şeffild Yunayted” sonuncu dəfə 1899/1900 mövsümündə, İngiltərənin yüksək divizionunda ardıcıl 8 səfər matçında məğlub olmamışdı.
“Şeffild Yunayted” hazırda Premyer Liqada 22 xalla 8-ci sıradadır.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı