“Barselona”nın sabiq futbolçusu Xavyer Maskeranonun Argentinanın “Estudiantes” klubuna keçidi rəsmiləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Estudiantes”in prezidenti bir vaxtlar Argentina millisində Maskerano ilə komanda yoldaşı olmuş Xuan Sebastyan Verondur.
Xatırladaq ki, Maskerano Avropada "Vest Hem", "Liverpul" və "Barselona"da çıxış edib. O, son olaraq Çinin "Hebey Fortune" klubunda oynayıb.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı