Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Futbol Assosiasiyasının (QFA) baş katibi Mənsur Məhəmməd Əl-Ənsari ilə görüşüb.
Qol.az xəbər verir ki, R.İsmayılov Azərbaycan-Qətər münasibətlərinin dinamik inkişafını qeyd edərək, iki ölkə arasında idman sahəsində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.
O, Prezident İlham Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq, Azərbaycanın idman uğurları, habelə ölkəmizdə təşkil olunan mötəbər yarışlar barədə məlumat verib.
Son illər Qətərdə idmanın inkişafı istiqamətində atılan addımların təqdirəlayiq olduğunu deyən səfir bu ölkənin 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmasının böyük nailiyyət olduğunu bildirib.
Baş katib M.Əl-Ənsari ölkəsinin Azərbaycanla idman sahəsində, xüsusilə futbol üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Səfir R.İsmayılov ölkəmizdə də futbola böyük marağın olduğunu vurğulayaraq, Azərbaycan futbolu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barədə məlumat verib. Diplomat daha əvvəl futbol üzrə Azərbaycan və Qətər milli komandalarının iki dəfə qarşılaşdığını bildirib.
Baş katib M.Əl-Ənsari AFFA ilə QFA arasında əməkdaşlığın Azərbaycan-Qətər əlaqələrinin inkişafına və iki ölkənin idman sahəsində işbirliyinin genişləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi